Ramazan/ Habil Yaşar

Ramazanı sevə-sevə yaşayan, Ramazanın bitməsini qəm eylər. Ürəyində Allah eşqi daşıyan, Gecə-gündüz gözlərini nəm eylər. Ramazanda sima gülər, üz gülər, Qədir bilən könül gülər, göz gülər, Qəmli olan yüz sevinər, yüz gülər, Mömin olan ramazanda dəm eylər. Ramazanın imsakına oyanan, İftarına səbr edərək dayanan, Allah deyib eşqi-nura boyanan İnsanlardan Allah dərdi kəm eylər. Üç gecədən…